Burkino-Fasoda çərşənbə axçamından başlayan etnik toqquşmalar zamanı onlarla insan həlak olub.
VOİCEPRESS.AZ RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Faso” agentliyi məlumat yayıb.
Ölkə hökumətinin rəsmi nümayəndəsi Rem Dandjinin açıqlamasına görə, toqquşmalar nəticəsində 46 nəfər ölüb.
Qarşıdurma naməlum şəxslərin çərşənbə axşamı ölkənin şimalında Mosi qəbiləsinin yaşadığı kəndə hücumundan sonra başlayıb. Yerli sakinlər buna cavab olaraq Fulbe etnik qrupunun yaşadığı əraziyə hücum edərək, onları hücumçuları gizlətməkdə ittiham ediblər.
Remi Dandjin etnik qruplar arasında qarşıdurmanın qızışdırılmasında maraqlı olanları terrorçular adlandırıb.
Daha əvvəl toqquşmalar zamanı 13 nəfərin həlak olduğu bildirilib.
Daha əvvəl “Əl Qaidə” Burkino-Fasodakı terror aktına görə məsuliyyəti üzərinə götürüb.
VOİCEPRESS.AZ