ABŞ Somaliyə hava zərbələrini artırıb

0
313768

ABŞ Somalidə fəaliyyət göstərən “Aş-Şabab” terror təşkilatının obyektlərinə hava zərbələrini artırıb.

VOİCEPRESS.AZ “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Afrika Qüvvələri Komandanlığı (AFRICOM) məlumat yayıb.

Məlumata görə, ötən gün Bay rayonu ərazisinə endirilmiş hava zərbəsi nəticəsində qruplaşmanın 6 döyüşçüsü, iki gün əvvəl Bağdaad bölgəsində keçirilmiş əməliyyat zamanı isə 4 silahlısı zərərsizləşdirilib.

ABŞ hərbçiləri son həftə ərzində Somaliyə 5 hava zərbəsi endirib. Nəticədə “Aş-Şabab” qruplaşmasının 26 silahlısı zərərsizləşdirilib.

Yanvarın 7-də ABŞ-ın Somaliyə endirdiyi hava zərbəsi nəticəsində “Aş-Şabab” terror qruplaşmasının 6 yaraqlısı məhv edilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here