VOİCEPRESS.AZ xəbər verir ki, siyahıya 18 il ərzində rəmzi komandaya ən çox düşən oyunçular daxil edilib.
Portuqaliya yığmasının və İtaliya “Yuventusu”nun ulduz futbolçusu Kriştianu Ronaldu hamıdan çox – 12 dəfə ilin “11-liy”inə seçilib.
İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi isə 9 dəfə ilin simvolik komandasında yer alıb.
Qapıçı:
İker Kasilyas – 6 (2007, 2008, 2009, 2010, 2011, 2012)
Müdafiəçilər:
Karles Puyol – 6 (2002, 2005, 2006, 2008, 2009, 2010)
Filipp Lam – 5 (2006, 2008, 2012, 2013, 2014)
Serxio Ramos – 7 (2008, 2012, 2013, 2014, 2015, 2016, 2017)
Jerar Pike – 5 (2010, 2011, 2012, 2015, 2016)
Yarımmüdafiəçilər:
Xavi Ernandes – 5 (2008, 2009, 2010, 2011, 2012)
Andres İnyesta – 6 (2009, 2010, 2011, 2012, 2015, 2016)
Stiven Cerrard – 3 (2005, 2006, 2007)
Hücumçular:
Kriştianu Ronaldu – 12 (2004, 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017)
Lionel Messi – 9 (2008, 2009, 2010, 2011, 2012, 2014, 2015, 2016, 2017)
Tyerri Anri – 5 (2001, 2002, 2003, 2004, 2006)
Qeyd edək ki, UEFA 2001-ci ildən etibarən ilin komandasını müəyyənləşdirmək üçün azarkeşlər arasında sorğu keçirir.(report.az)
VOİCEPRESS.AZ