Süni intellektlə təchiz olunan avtobus xəttə buraxıldı

0
313640

Süni intellektlə təchiz olunan ikimərtəbəli ekskursiya avtobusları yoxlanılması üçün Şanxayda xəttə buraxılıb.

VOİCEPRESS.AZ “Trend”ə istinadən xəbər verir ki, Baidu internet axtarış sistemi və turist şirkətlərindən biri tərəfindən tərtib olunan yeni avtobuslar süni intellekt vasitəsilə ekskursiyaları daha da rahatlaşdırmaq üçün nəzərdə tutulub.

Bilet tələb olunmadan turistlər üzün tanınması prosedurundan keçərək turistlər avtobus minə bilər. Avtobusda naqilsiz elektron tərcüməçilər turistlərə təqdim olunur. Bu cihazlar vasitəsilə turistlər lazımi məlumatı əldə edə bilər. Elektron tərcüməçilər ingilis, yapon, Koreya, tay, rus, ispan, alman və ərəb dillərində çalışır.

Hazırda ekskursiya avtobusları üçün 2 marşrut yolu açılıb. Bu marşrutlar Şanxayın məşhur gəzməli-görməli yerlərinin əksəriyyətini əhatə edir.

2019-cu ilin yanvarında daha 10 ekskursiya avtobusa istifadəyə veriləcək, ilin sonuna qədər isə daha 10 avtobus istismara hazır olacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here