İstanbulda “İrəvanda xal qalmadı” İrəvanın güzəştlə verilməsinə diqqət çəkdi

0
314167

Cümhuriyyətimizin 100 illiyində Səidə Ömər “İrəvanda xal qalmadı” kompozisiyası ilə Azərbaycanın tarixi torpağı olan İrəvanın mənimsənməsini də andı

İstanbul Universitetində Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə “Bir kərə yüksələn bayraq, bird aha enməz” adlı tədbir təşkil olunub.

Mərasimdə rəsmi şəxslər, Azərbaycan və Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri, elm və mədəniyyət xadimləri, tələbələr iştirak ediblər.

Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin qurucusu və başqanı Rəşid Mustafazadənin verdiyi xəbərə görə, tədbirdən öncə Türkiyədə yaşayan və fəaliyyət göstərən gənc rəssamların işlərindən ibarət rəsm sərgisinin açılışı baş tutub.

Rəşid Mustafazadə tədbir iştirakçılarina Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən qısa açıqlamalar verib, Məhəmməd Əmin Rəsulzadənin “Əsrimizin Siyavuşu” əsərində yer alan “Gəncliyə xitabı” səsləndirib.

Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin elmi məsləhətçisi, İstanbul Universitetinin professoru Həlim Qazan, Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətlərinə toxunaraq, bu ənənələrin gənclərə də ötürülməsinin vacibliyini xüsusi qeyd edib.

Tədbirin panel hissəsində Azərbaycan Milli Məclisinin deputatı Aydın Hüseynov, İstanbul Universitetinin professoru Xəlil Bal və Balıkesir Universitetinin dosenti Səbahaddin Şimşirin çıxışları dinlənilib.

Mərasim geniş bədii proqramla davam edib. Sənətçilər Günel Zeynalova, Səidə Ömər, Mərdan Kazımov, Ayan Babakişiyeva, Sevinc Ağaşirinova, Emilia Ağasiyeva milli və vətənpərvər ruhda mahnı və rəqslər ifa ediblər.

Konsertdə milli rəqslərimiz qonaqların böyük marağına səbəb olub. “Azərbaycan rüzgarı” verilişinin yardıcısı və aparıcısı Səidə Ömərin “İrəvanda xal qalmadı” xalq mahnısına ifa etdiyi özəl rəqsi tədbir iştirakçıları çox maraqla qarşılayıblar.

Səidə Ömərin verdiyi xəbərə görə, Cümhuriyyətimizin yubilieyi və Dünya Azərbaycanlılarının Həmrəylik Günündə bu kompozisiya ilə çıxış etməsi həm də Azərbaycanın tarixi torpaqları olan İrəvanın işğalçı Ermənistan dövləti tərəfindən mənimsənməsinin 100 illiyiilə əlaqədardır: “Çox təəssüüf ki, sevinclə qeyd etdiyimiz Xalq Cümhuriyyətimizin 100 illiyilə yanaşı, 2018-ci ildə həm də tarixi torpaqlarımız olan qədim mədəniyyətlərimizin daşıyıcısı İrəvanın Ermənistana güzəşt edilməsinin 100 ili tamam olur. Ona görə də mən özəl olaraq bu kompozisiyanı hazırladım. Qardaş məmləkətimizdə, dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olan, təhsil aldığım doğma İstanbul Universitetində düzənlənən bu tədbir vasitəsilə insanların diqqətini bu məsələyə çəkmək istədim. Bu səbəbdən də ilk dəfədir ki, Azərbaycan xanımlarının milli baş örtüyü olan kələğayı ilə “İrəvanda xal qalmadı” mahnısını ifa etdim. Həm də böyük ürək ağrısı ilə. Tarixi faktlar da sübut edir ki, İrəvan Azərbaycana məxsus olub. “İrəvanda xalq qalmadı” fəryadı da bu faktlara əlavədir”.

Sevil, Hurriyyet.org

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here