İsrail BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını istəyir

5 Dekabr, 06:15

İsrail Livanın “Hizbullah” hərəkatının nümayəndələri tərəfindən tunellərin qazılmasını müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasının zəruri olduğunu hesab edir.

VOİCEPRESS.AZ TASS-a istinadən xəbər verir ki, bunu yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu deyib.

“Mən İsrailin BMT-dəki nümayəndə heyətindən “Hizbullah”ın hərəkətlərini müzakirə etmək üçün Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasına nail olmağı xahiş etdim”, – deyə baş nazir bildirib.

Bundan əvvəl İsrail polisi Netanyahu və həyat yoldaşına qarşı korrupsiya ittihamı irəli sürülməsini tövsiyə edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here