VOİCEPRESS.AZ xəbər verir ki, oğlunun adını İsmət qoyan İsmayıl Qayıbov bu barədə “tvitter” hesabında yazıb : “Bu gün günorta mənim çoxdan gözlədiyim oğlum doğuldu -İsmət Qayıbov!”
Qeyd edək ki, İsmayıl Qayıbov Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus “Mi-8” helikopterinin vurulması zamanı həlak olan Azərbaycanın Baş Prokuroru İsmət Qayıbovun oğludur.

İsmət Qayıbov erməni hərbi dəstələrinin cinayətkar əməllərinin sovet rəhbərliyi tərəfindən cəzasız qaldığına daim etiraz edirdi. O, həmçinin Sumqayıt hadisələri ilə bağlı şərh verir və bildirirdi ki, o şəxsən 96 nəfər barəsində həbs-qəti imkan tədbiri seçib. İsmət Qayıbov hələ o dövrdə O, 20 yanvar faciəsini “Azərbaycan xalqının öz müstəqilliyi uğrunda apardığı mübarizə” adlandırır və bildirirdi ki, “bu şəhidlər hərbi diktaturanın əleyhinə küçələrı çıxmışdılar”.
VOİCEPRESS.AZ







