Qırğız Respublikasının dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

0
314572

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

VOİCEPRESS.AZ-ın məlumatına görə, təbrik mətnində deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə inkişaf edən ölkənin gələcək tərəqqisi və Azərbaycan xalqının həyatının yaxşılaşdırılması yolunda inamlı addımlar atır.

Qəti əminəm ki, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik dostluq və qardaşlıq münasibətləri Sizin dəstəyiniz sayəsində bundan sonra da möhkəmlənəcək, hər iki ölkənin inkişafına və firavanlaşmasına kömək edəcək.

Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here