Prezident Mingəçevirə icra başçısı təyin etdi

0
313899

Prezident İlham Əliyev Mingəçevir Şəhər İcra Hakimiyyətinin yeni başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

VOİCEPRESS.AZ-ın xəbərinə görə, sərəncama görə, İlham Mehdixan oğlu İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki. İ.İsmayılov bu təyinatadək Şəhər İcra Hakimiyyəti başçısının I müavini postunu tuturdu.

Xatırladaq ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Niyazi Bayramov 28 avqust 2018-ci il tarixli sərəncamla vəzifəsindən azad edilərək, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdu.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here