Türkiyənin Tunceli vilayətində PKK-çıların gizləndiyi mağara Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən bombardman edilib.
VOİCEPRESS.AZ xəbər verir ki, 1 kilometr uzunluqda olduğu ehtimal edilən mağaranı 2 qırıcı bombalayıb.
Mağarada PKK-nın yüksək rütbəli döyüşçülərinin də olduğu ehtimal edilir.
Qeyd edək ki, mağaranın yeri dünən müəyyən edilmişdi və orada 30 terrorçunun olduğu deyilirdi.
VOİCEPRESS.AZ