Köçəryan həbs olundu

0
314504

Ermənistanın eks-prezidenti Robert Köçəryanın həbsi haqqında qərar verilib. VOİCEPRESS.AZ xarici mediaya istinadən xəbər verir ki, sabiq prezidentin həbsi barədə qərarı Apellyasiya Məhkəməsi qəbul edib. Məhkəmə birinci instansiya məhkəmənin həbs haqqında qərarını qüvvədə saxlayıb. Qərarın elan edilməsi zamanı Köçəryan məhkəmə zalında olmayıb.

Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan bildirib ki, Köçəryan artıq həbs edilib və “İrəvan-Kentron”da saxlanılır.

Qeyd edək ki, bundan öncə Köçəryan həbs edilsə də, sonradan kassasiya məhkəməsi onun azadlığa buraxılması haqqında qərar qəbul etmişdi. O, 1 mart qırğınlarının təşkilində, konstitusion nizamı dəyişməkdə ittiham edilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here