Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Kerç boğazındakı hadisə ilə bağlı Ukraynanın vəsatətini icraata götürüb.
VOİCEPRESS.AZ RT-yə istinadən xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən qurumun Ukraynanın şikayət üzrə AİHM-dən sorğu aldığı təsdiqlənib.
“AİHM-ə məlumat verilib ki, sorğuya informativ sənəd hazırlamaq üçün lazım olan müddət ərzində cavab veriləcək”, – məlumatda deyilir.
Xatırladaq ki, bu il noyabrın 25-də üç Ukrayna gəmisi Kerç boğazında Rusiya FTX tərəfindən saxlanılıb.
VOİCEPRESS.AZ







