“2019-da Ukrayna Radasına ən azı bir azərbaycanlını deputat seçdirməliyik” – Rüfət Quliyev

4 Dekabr, 13:00

“Hazırda ən böyük vəzifəmiz gələn il Ukrayna Ali Radasına keçiriləcək seçkilərdə ən azı bir deputat postuna etnik azərbaycanlının seçilməsidir. Düşünürəm ki, azərbaycanlı deputatın seçilməsi maraqlarımızın qorunmasına xidmət edəcək”.

Bunu VOİCEPRESS.AZ-a açıqlamasında Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, deputat Rüfət Quliyev deyib.

O, bildirib ki, ermənilər Ukraynada bir çox vəzifələri ələ keçiriblər.

“Mütləq şəkildə qonşu ölkələrin parlamentində bir azərbaycanlının təmsil olunması vacibdir. Götürək Ukraynanı. Ukraynanın daxili işlər naziri Arsen Avakov milliyyətcə ermənidir. Ukrayna Ali Radasında da erməni deputatlar təmsil olunur. Eləsi var ki etnik ermənidir. Eləsi də var ki, erməni familiyası daşımasa da, ermənipərəstdir. Ona görə də bu məsələdə aktiv olmalıyıq”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here