Zakir Həsənov üçtərəfli görüş keçirəcək

20 Noyabr, 09:51

Noyabrın 21-də Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüş keçirəcək.

Müdafiə Nazirliyindən VOİCEPRESS.AZ-a verilən məlumata görə, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here