Türk Dünyası ölkələri, Yaxın Şərq və Balkanlarda müharibə iştirakçısı, şəhid ailələri və qazilərin, mətbuat təmsilçilərinin qatıldığı tədbirdə 19 ölkədən 65 nümayəndə iştirak edib.
Azərbaycan qaziləri və şəhi ailələrinin yaxınlarının da, iştirak etdiyi nümayəndə heyyətini ilk öncə Bursa valisi, sayın Yakub Canbolat qəbul edib. Valilik binasında keçirilən görüşdə tədbirin müxtəlif ölkələrdə soyqırıma məruz qalan türklərin səsinin dünyaya çatdırılmasındakı rolu haqqında geniş məlumat verilib. Azərbaycan qazi və şəhid ailələrinin yalnız Azərbaycan üçün deyil, həm də, qardaş Türkiyə başa olmaqla, bütün Türk dünyasında isimlərinin şərəflə və qürurla anılması ilə bağlı fikir bildirən, Bursa valisi sayın Yakub Canbolat, hər kəsi qardaş Türkiyədə qəbul etməkdən məmnun olduğunu bildirib.
Daha sonra Azərbaycan şəhid ailə üzləri və qazilərimiz də, daxil olmaqla bir sıra soyqırıma məruz qalmış başqa-başqa dövlətləri təmsil edən nümayənələri Bursa şəhər bələdiyyə sədri, sayın Alinur Aktaş qəbul edib. Bələdiyyə sədri qonaqları salamlamaqla yanaşı, onlarla səmimi söhbət edib. Hər bir nümayəndənin fikirləri və təmsil etdikləri ölkə ilə ayrı-ayrılıqda maraqlanan bələdiyyə sədri, “Hər bir türk dövləti Türkün qardaşıdır. Amma Azərbaycan-Türkiyə birliyi qardaşlıq və birliyim simgəsinə çevrilib. Biz bir dövlət, iki millətik”, deyə vurğuladı.
Sonra hər bir iştirakçı ilə xatirə rəsmi çəkdirildi. Qarabağ uğrunda gedən döyüşdə həlak olan milli qəhrəman Ələkbər Əliyevin elə onun adını daşıyan nəvəsini əlində babasının rəsmi ilə görən bələdiyyə sədri, duyqulu anlar yaşadı.
Layihə çərivəsində soyqrıma məruz qalmış ayrı-ayrı dövlətlərin nümayəndələrinin nitqləri əsasında həyata keçirilən “Hekayəmiz aynı” adlı konfrans çərçivəsində Türkiyənin Anadolu İdman Jurnalistləri Dərnəyi Xocalını əks etdirən film nümayiş etdi. Filmin sözləri dərnəyin başkanı sayın İbrahim Ərdoğana, çəkimi isə Aydogdu Medya Grubu Yönetim Kurulu Başkanı, sayın Ömər Aydoğduya məxsusdur. Azərbaycan həqiqətlərindən bəhs edən qısametrajlı sənədli filmdə səslənən sözlər və seçilmiş kadrlar konfrans iştirakçılarını gözyaşlarına boğdu. Azərbaycanlılara qarşı erməni faşizmi tərəfindən tutulan divan və qətliamlar soyqrıma məruz qalmış ayrı-ayrı dövlət nümayəndələrinin byük təəcüb və marağına səbəb oldu. 
Konfransda Bursanın Mustafa Kemal Paşa Rayon Bələdiyyə sədri, sayın Sadi Kurtulan öz növbəsində çıxış edərək, vətən uğrunda, xüsusilə də, Türk dünyasının birlik və bərabərliyi uğrunda mücadilə edən, savaş verən hər kəsi salamladı: “Hər bir şəhid ailəsinə dərin hüznlə başsağlığı verirəm. O şəhidlər sadəcə sizin deyil, bizim də, şəhidlərimizdir. Türk qanı heç bir zaman yerdə qalmayacaqdır! Burada tatarları, azərbaycanlıları, özbəkləri, İrakdan gələn türkmənləri və digər Türk dünyasıı paylaşan hər bir nümayəndənin acısı bizim acımızdır, sevincimizdir”. 
Konfransda eyni zamanda AK Parti Bursa Milletvekili Mustafa Esgin çıxış edərək, hər bir soyqrımın unutulmaması üçün bu kimi layihələrin həyata keçirilməsinin vacibliyini vuğuladı. Türkiyəli millət vəkili “Bir millət, iki dövlət” olan Azərbaycan- Türkiyə qardaşlığının gücündən bəhs edərək, bu gücün Türk dünyasındakı barış və birlik üçün önəmli olduğunu diqqətə çatdırdı: “Soyqırımlar təkrarlanmaması üçün unutulmamalıdır!”.
Konfransda çıxış edən ASGD başqanı İbrahim Ərdoğan bildirib ki, layihə çərçivəsində Türkiyə və Türk Dünyası ölkələrində vətən uğrunda şəhid və qazilik mərtəbəsinə yüksəlmənin böyük mənası var: “Dinimizdə xüsusi yeri olan şəhid və qazilərimizin ailələri uğrunda qan tökülən millətə əmanətdir. Türk Dünyası ölkələri arasında Azərbaycanda Qarabağ, Xocalı, Naxçıvan, Balkanlarda Srebrenitsa, Kosova ve Bosna-Herseqovina, İraqda Mosul, Kərkük, Tuzhurmatu, Fələstində Qəzza olmaqla, Türk millətinin tarixi torpaqlarında yaşayan soydaşlarımız milli mücadilə veriblər. Aparılan mübarizələr zamanı minlərlə şəhid verilib, on minlərlə insan qazi olub. Bunların hamısı “Evladı Fatihan” kimi qəbul olunan və fəthlər zamanı Anadoludan həmin bölgələrə köçərək, orada mübarizə aparan qəhrəman soydaşlarımızdır. Təəssüf ki, müharibələrdə minlərlə ailə gözüyaşlı qalıb. Layihəmizin əsas məqsədi Türkiyə və Türk Dünyası ölkələrindəki ki şəhid və qazi ailələrini bir araya gətirməkdir”.
Daha sonra layihə iştirakçılarının qədim Bursa şəhər turu orqanizə edilib. Qonaqlar şəhərin qədim və tarixi yerlərində, yeni açılan “Panorama-1326 Bursa” muzeyində, Mustafa Kemal Paşa, Mudanya rayonlarında olub, məsçidləri ilə məşhur olan Bursada “Uludağ” məsçidində olub, təbiətin möcüzələrindən biri hesab edilən, əsrarəngiz gözəlliyi ilə insanı valeh edən “Suuçtu”şəlaləsinə gəzinti təşkil edilib.
Ülkər Musazadə
VOİCEPRESS.AZ









