Türkiyənin Hakkari bölgəsində yerləşən silah anbarında baş verən partlayış nəticəsində dörd əsgər şəhid olub.
VOİCEPRESS.AZ “Hürriyet”ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürkün anma mərasimində çıxışı zamanı bildirib:
“Bu gecə silah anbarında partlayış nəticəsində dörd övladımız şəhid oldu, 20-yə yaxın yaralımız var. Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik”, – deyə o bildirib
Türkiyədə hərbi bazada partlayış nəticəsində azı 25 hərbçi yaralanıb.
Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hərbçilər ağır texnika üçün nəzərdə tutulan silah-sursatın partlaması nəticəsində yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
VOİCEPRESS.AZ







