Paytaxtda avtoqəza: Mərkəzi küçələrdə işıqforlar sıradan çıxdı – FOTOLAR

579055

Bir qədər əvvəl paytaxtın Bülbül və Ü. Hacıbəyov küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib. Bu barədə VOİCEPRESS.AZ-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

O qeyd edib ki, qəza nəticəsində svetofor dirəyi və idarəetmə qutusu zədələnib:

“Bu səbəbdən də hazırda Səməd Vurğun küçəsi ilə Zərifə Əliyeva və Üzeyir Hacıbəyov küçələri ilə kəsişməsində, Bülbül prospektinin Neftçilər prospekti, Xəqani, Zərifə Əliyeva və Üzeyir Hacıbəyov küçələri ilə kəsişməsində, Səid Rüstəm və Ziya Bünyadov küçələrinin kəsişməsindəki svetoforların fəaliyyətində problem yaranıb. Hazırda svetoforların fəaliyyətinin bərpası üçün zəruri tədbirlər görülür”.

BNA rəsmisi sürücülərdən nəqliyyat vasitəsini ehtiyatla, digər mövcud nişanların tələbinə riayət etməklə və ən əsası digər hərəkət iştirakçılarına qarşı anlayışla idarə etmələrini xahiş edir.

Paytaxtda avtoqəza: Mərkəzi küçələrdə işıqforlar sıradan çıxdı - FOTOLAR

VOİCEPRESS.AZ

Əvvəlki məqaləTrampdan demokratların respublikaçılara qarşı araşdırma aparmaq təkilifinə reaksiya
Növbəti məqalədəAzərbaycanla İsveçrə əməkdaşlığı müzakirə edilib

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin