OPEC+da hasilatın sutkada 1 mln. barel azaldılması ideyası dəstəklənib

11 Noyabr, 17:26

OPEK+ ölkələrinin əksəriyyəti neft hasilatının azaldılmasını dəstəkləyib.

VOİCEPRESS.AZ TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Omanın neft naziri Məhəmməd ər-Rumhi Monitorinq komitəsinin Əbu-Dabidə keçirilən iclasının kuluarlarında deyib.

“Bazar həddindən artıq doyub, hasilatın sutkada 1 milyon barel azaldılması ideyası, yaxşı başlanğıcdır”, – deyə o bildirib.

Nazir əlavə edib ki, hasilatın azaldılması ideyasını Vyana sazişinin əksər iştirakçıları dəstəkləyir.

Bundan əvvəl OPEC+un oktyabrda razılaşmaya 106% əməl etdiyi məlum olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here