“Milan” İbrahimoviçə yarımillik müqavilə təklif etdi

4 Noyabr, 23:51

“Milah” Zlatan İbrahimoviçlə müqavilə bağlanılması haqqında danışıqlar aparır.

VOİCEPRESS.AZ xəbər verir ki, hazırda isveçli hücumçu “Los-Angeles Gallaxy” klubuna məxsusdur.

Lakin artıq növbəti ayda Milan komandasının formasını geyinə bilər: İbrahimoviçin klubu MLS-də pley-offa vəsiqə əldə edə bilməyib.

“Tuttosport”un məlumatına görə, “Milan” isveçli forvarda yarımillik müqavilə təklif edir. Eyni zamanda sazişin müddətinin 1 il də uzadılması mümkündür. Lakin İbrahimoviç 1,5 illik müqavilənin dərhal imzalanmasını tələb edir.

Futbolçunun “Milan”da ildə 1,5 milyon avro qazanacağı gözlənilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here