Gürcü prezidentliyə namizəd ölümlə təhdid olunur

12 Noyabr, 13:08

Gürcüstan prezidentliyinə namizəd Salome Zurabişvili özününü və ailəsinin “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri tərəfindən təhdidlərə məruz qaldığını deyib.

VOİCEPRESS.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki, o, 9 noyabrdan 11 noyabr tarixinə qədər ünvanına gələn təhdidlərdən danışıb.

“Təhlükə realdır, həmin təhdidləri göndərənlər məlumdur. Onlar “Vahid Milli Hərəkat” partiyası ilə əlaqəli olan keçmiş hərbçilərdir”-deyə Zurabişvili “Rustavi 2” telekanalına açıqlamasında deyib.

Xatırladaq ki, Gürcüstanda prezident seçkiləri dekabrın 2-də baş tutacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here