VOİCEPRESS.AZ-ın məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.
Nazir bildirib ki, dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 milyon manat və ya 1.1 faiz artaraq 23 milyard 168 milyon manat təşkil edəcək.
Müvafiq olaraq dövlət büdcəsinin xərcləri ilkin proqnoza nisbətən 410 milyon manat və ya 1.7 faiz artaraq 25 milyard 190 milyon manat təşkil edəcək.
“Xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi 2019-ci illə müqayisədə 0,7 faiz artaraq 30.7 faiz təşkil edəcək.
Strukturuna görə dövlət büdcəsinin əsas xərcləri ilkin proqnozlara nisbətən 291 milyon manat və ya 2.9 faiz artaraq 10 milyard 182 milyon manat cari xərclərin isə ilkin proqnozlara nisbətən 119 milyon manat və ya 0.9 faiz artaraq 12 milyard 673 milyon manat təşkil edəcək”.
VOİCEPRESS.AZ







