DTX Gəncədə əməliyyat keçirdi, iki nəfər məhv edildi

4 Noyabr, 14:17

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gəncə şəhərində əməliyyat həyata keçirib.

DTX-nin İctimai əlaqələr şöbəsindən VOİCEPRESS.AZ-a verilən məlumatda bildirilir ki, radikal dini ekstremist qrupun üzvləri Ələkbərov Famil Fazil oğlu və Rzayev Rüstəm Rafael oğlunun silah-sursat və partlayıcı maddələr əldə etmələri, ölkə ərazisində terror aktı planlaşdırdıqları barədə daxil olmuş məlumat aparılan araşdırmalarla öz təsdiqini tapıb və DTX bu məqsədlə təxirəsalınmaz tədbirlər keçirib.

Məlumata görə, 2018-ci il noyabrın 4-də Gəncə şəhərində tərkisilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı R.Rzayev və F.Ələkbərovun olduğu və sonuncunun idarə etdiyi avtomobil saxlanılıb. Lakin həmin şəxslər odlu silahdan atəş açıb silahlı müqavimət göstəriblər. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq F.Ələkbərov və R.Rzayev məhv edilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here