Donald Tramp prokurorun “Rusiya işi” ilə bağlı suallarını cavablandırıb

17 Noyabr, 07:43

ABŞ prezidenti Donald Tramp 2016-cı il seçkilərinə Rusiyanın “müdaxilə” etməsi ilə bağlı araşdırma aparan xüsusi prokuror Robert Müllerin yazılı suallarını cavablandırdığını bildirib.

VOİCEPRESS.AZ ABC-yə istinadən xəbər verir ki, o bunu çox asanlıqla etdiyini deyib.

“Mən onlara çox asanlıqla cavab verdim”, — deyə Tramp söyləyib.

Bununla belə prezident cavabları xüsusi prokurora hələ ötürmədiyini əlavə edib.

Bundan əvvəl Tramp baş prokuror Ceff Seşnsini bu ay istefaya göndərəcəyini bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here