Alyona Kolesnik təsnifat mərhələsində türk həmkarına böyük hesabla qalib gələrək, mundiala inamlı start verib. Ancaq Kolesnik 1/4 finalda Kanada nümayəndəsinə müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün Alyona noyabrın 16-da təsəlliverici görüşə çıxıb. Macarıstan təmsilçisi ilə qarşılaşmanın əvvəlindən üstünlük quran idmançımız son saniyələrdə tuşe ilə qələbə qazanıb. Kolesnik axşam seansında bürünc medal görüşünə çıxıb və Monqolustan təmsilçisinə yenilərək 5-ci yerlə kifayətlənib.
Elis Manolova üçün də start uğurlu alınıb. O, 1/8 finalda Monqolustan təmsilçisini məğlub edib. Elisin 1/4 finalda Rusiya idmançısıyla mübarizəsi maraqlı alınıb. Belə ki, 2:8 hesabıyla geri düşən Manolova sona 1 dəqiqə qalmış tuşe ilə qalib gələrək yarımfinala yüksəlib. Yığma üzvünün yarımfinal görüşü axşam seansında baş tutub. İsveçli rəqibinə də gücünü göstərən Manolova adını finala yazdırıb. Təmsilçimiz noyabrın 16-da axşam seansında final qarşılaşmasını keçirib və yapon rəqibinə uduzaraq gümüş medalçı olub.
57 kq
Bürünc medal görüşü – Alyona Kolesnik – Tserençimed Suxee (MGL) 3:11
Təsəlliverici görüş – Alyona Kolesnik – Tamara Dollak (HUN) 12:3 (tuşe)
1/4 final – Alyona Kolesnik – Aleksandria Rebekka Taun (CAN) 0:10
Təsnifat – Alyona Kolesnik – Elif Yanik (TUR) 6:0
65 kq
Final – Elis Manolova – Ayana Qempey (JPN) 3:7
1/2 final – Elis Manolova – Moa Lena Mariya Niqren (SWE) 8:4
1/4 final – Elis Manolova – Mariya Kuznetsova (RUS) +:- (tuşe)
1/8 final – Elis Manolova – Bolortuya Xurelxuu (MGL) 5:1
VOİCEPRESS.AZ







