ABŞ-ın ordu generalından Azərbaycanla bağlı mühüm AÇIQLAMA

384387

Ötən gün ABŞ Ordu generalı ABŞ Nəqliyyat Komandanlığının komandanı Stefen Layens Azərbaycan hökumətinin yüksək vəzifəli şəxsləri ilə görüşmək məqsədilə Bakıya səfər edib.

VOİCEPRESS.AZ-ın verdiyi məlumata görə, General Layens Azərbaycan Prezidenti İlham Əliyev və Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Müdafiə naziriin müavini general-polkovnik Nəcməddin Sadıkovla görüşüb.

Görüşdən sonra general Layens Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının çox sayda obyektləri ilə tanış olüb.

General Layens Azərbaycanın beynəlxalq təhlükəsizlik və terrorizmlə mübarizədə verdiyi töhfələrə, Əfqanıstan və daha geniş coğrafiyada təhlükəsiz və firavan gələcəyi təmin etmək üçün gördüyü vacib işə görə ABŞ-ın Azərbaycanı yüksək dəyərləndirdiyini bir daha qeyd edib.

ABŞ-ın ordu generalından Azərbaycanla bağlı mühüm AÇIQLAMA

VOİCEPRESS.AZ

Əvvəlki məqaləJurnalistlərin cənub bölgəsində bayraq aksiyası
Növbəti məqalədəAzərbaycanın BMT-dəki daimi nümayəndəsi çağırış etdi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin