Milli Məclisin sədri Oqtay Əsədov deputatlara irad tutub.
VOİCEPRESS.AZ-ın məlumatına görə, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin səsverməsi zamanı yetərsay qeydə alınmayıb.
Deputatların 79-u səsvermədə iştirak edib. Yetərsayın olmamasına görə isə spiker deputatlara iradını bildirib:
“Deyəsən o kofe, çay yerini bağlamalı olacağıq. Onsuzda çoxlarının paxıllığı tutur. Amma belə getsə bağlanacaq”.
VOİCEPRESS.AZ







