Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları start götürüb.
VOİCEPRESS.AZ-ın verdiyi xəbərə görə, bu gün Azərbaycan Olimpiya komandasından cüdo, stolüstü tennis, idman gimnastikasi və taekvondo idman növləri üzrə idmançılar mübarizəyə qoşulub.
Cüdo yarışlarında 44 kq çəki dərəcəsində yarışan Vüsalə Kərimova VII olub. 66 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov isə Yəmən, Tacikistan və Dominikandan olan rəqiblərini məğlub edərək finala çıxıb və özünə azı gümüş medalı təmin edib. Onun finaldakı rəqibi rusiyalı Abrek Naquçev olacaq.
Qeyd edək ki, III dəfə keçirilən bu Olimpiadada 17 idmançımız mübarizə aparır.
VOİCEPRESS.AZ







