Nazirlər Kabineti Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının yeni tərkibini təsdiq edib.
Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Müşahidə Şurasının yeni tərkibi aşağıdakı kimidir:
Müşahidə Şurasının sədri
Rövşən Rzayev – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Müşahidə Şurasının üzvləri:
İlqar Fəti-zadə – maliyyə nazirinin birinci müavini
Mətin Kərimli – əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Cəmaləddin Quliyev – İqtisadiyyat Nazirliyinin Aparatının iqtisadi və sosial sahələrin inkişafı şöbəsinin müdiri
Azay Quliyev – Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri
Adil Abdullayev – “Avropa Lift Sistemləri” MMC-nin təsisçisi, Kiçik və Orta Sahibkarlar İttifaqının prezidenti
Qulam İshaqzai – BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi
Caydev Sinqx – ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiya direktoru
Guido Ambroso – BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi.
VOICEPRESS.AZ







