CAR-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Bakıya gəldi

26 Oktyabr, 19:59

VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Cənubi Afrika Respublikasının (CAR) Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı, vitse-admiral Musava Hlonqvane Azərbaycan HDQ-də və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) olub.

Bu barədə VOİCEPRESS.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib

Vitse-admiral M.Hlonqvane HDQ-nin Qərargah rəisi 1-ci dərəcəli, kapitan Şahin Məmmədovla görüşüb və 1987-1991-ci illərdə təhsil aldığı AAHM-nin hərbi dəniz fakültəsini ziyarət edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here