Sabahın hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən VOICEPRESS.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 17-də buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Bəzi yerlərdə arabir yağış yağacağı, axşama doğru yağışın tədricən kəsiləcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturu gündüz 18-20, axşam 15 dərəcə isti təşkil edəcək.
VOICEPRESS.AZ







