Azərbaycanda yüksək vəzifəyə yeni təyinat

5 Oktyabr, 10:14

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.

VOİCEPRESS.AZ XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Leyla Yaşar qızı Abdullayeva təyin edilib.

L. Abdullayeva 2002-ci ildən XİN-də çalışır. O, XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycanın NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here