Azərbaycana qar yağır

26 Oktyabr, 22:47

Şimal rayonlarına qar yağır. VOİCEPRESS.AZ xəbər verir ki,Azərbaycanın şimalında dəniz səviyyəsindən 2000 metrdən yüksək ərazilərə qar yağmağa başlayıb. Qar Qubanın Cek, Əlik, Haput, Qalaxudat, Qrız, Buduq, Xaltan və Xınalıq kəndlərinə, Qusarın isə Ləzə kəndinə yağır.

Yerli sakinlərin Qafqazinfo.az-a verdikləri məlumata görə, qarın hündürlüyü hələlik 1-3 sm təşkil edir. Temperatur isə ötən günə nisbətən aşağı düşüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here