ATƏT-in Minsk qrupu: “Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün səyləri alqışlayırlar”

3 Oktyabr, 20:24

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azaldılması və münaqişənin dinc yolla nizamlanması üçün bütün səylərini alqışlayırlar.

VOİCEPRESS.AZ məlumat verir ki, bu barədə Trend-in Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutmuş söhbətin Dağlıq Qarabağ münaqişəsimom nizamlanması prosesinə mümkün təsiri barədə sorğusuna cavab olaraq ATƏT-dən bildiriblər.

Təşkilatın sorğuya cavabında deyilir: “Həmsədrlər tərəflərin əldə etdiyi və bu məqsədə çatmağa xidmət edən bütün razılaşmaları dəstəkləyir və uzunmüddətli, hərtərəfli həll yolu tapmaqda tərəflərə kömək etmək üçün zəruri vasitəçilik dəstəyi göstərməyə hazırdırlar”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here