18 oktyabr nə Yeni il, nə də Novruz kimi qeyd edilmədi…

18 Oktyabr, 19:49

Bu gün biz müstəqillik gününün 27 ci il dönümünü qeyd etdik. Əslində müasir tariximizin ən anlamlı və an yadda qalan günlərindən biridir. Ancaq nədənsə, ölkədə mütəqillik günü Novruz və Yeni il qədər təmtəraqla qeyd edilmir. Vallah müstəqillik gününü qeyd etmək üçün nə şaxtababaya, nə də kosaya ehtiyac yoxdur. Axı bu gün nail olduğumuz müstəqillik üçün neçə-neçə canından, qanından keçən şəhidlərimiz var. Məhz bu səbəbdən müstəqillik günümüz belə sıradan və adi gün kimi qeyd edilməməliydi. Əslində Azərbaycan ilin 2 gününü böyük coşqu və canfəşanlıqla qeyd etməyi qarşısına şərt qoymalıdır. Bunun biri sadə və əliyalın dinc əhalinin müstəqillik naminə 20 yanvarda tankın və güllənin qarşısında sinəsini sipər edən gündür. Digəri isə 18 oktyabr tarixi, bizim müstəqil Azərbaycan olmağımızı bütün dünyaya car çəkə biləcək olduqca dəyərli bir tarixdir. Amma nədənsə 20 yanvar qara bayram, 18 oktyabr isə sıradan bir gün kimi qeyd edilir…

Ermənitanda imitasiya xarakterli “demokratiya”

18 oktyabr tarixində 2014 cü ildən ABŞ-ın Ermənistanda səlahiyyətli səfiri olan Richard Mills geri çağırılıb. Ermənistanı tərk edərkən Dağlıq Qarabağ ətrafı işğal altında olan 7 rayonun Azərbaycana qaytarılmasının gərəkdiyi ilə bağlı açıqlama da, verib. Bu açıqlama rəsmi İrəvanın baş nazirinin sərt reaksiyasına səbəb olub… Deməli, sözdə demokratiyadan dəm vuran Ermənistan artıq xarici ölkələrin diplomatlarının öz fikirlərini ifadə etməsinə belə sərt reaksiya verir. Görəsən Ermənistanda hansı demokratiyanın imitasiyası hər kəsin gözünü boyamaqdadır? Beynəlxalq təşkilatlara da, özünü göstərməyə davam edən Paşinyanın ağız dolusu danışdığı demokratiyanın yelkənləri rəsmi İrəvandakı xarici diplomatların azad fikirlərinə qarşı, sərt reaksiya göstərməklə suya enmiş oldu. Paşinyan isə bar-bar bağırıb demokratiya desə də, əslində Ermənistan üçün “Demo Kraxiya” devizi altında bir uçurum mexanizmini işə salmasından xəbərsizdir. Çünki aksiya keçirib xarici qrantların silinməsi naminə erməni ictimaiyyətini obrazdan obraza salan Paşinyan xarici diplomatın öz fikirini ifadə etməsini şidətlə qınaması ilə əslində Ermənistanın demokratiya axtarışında deyil, Rusdan etibarlı “day-day” axtarışına çıxmasını sübuta yetirmiş oldu…

Moskva Ermənistan kursunda əks dönüş edir

Rəsmi Moskva nəhayət ki, Ermənistanın yeni hakimiyyətini hədəfə alaraq, ABŞ-ın açıq şəkildə rəsmi İrəvana maliyyə yardımı etməsini ifadə edib. Buna səbəb isə ABŞ-ın Ermənistandakı səfiri Riçard Milsin susdurulması üçün hər şey edilməsi ilə bağlı səfirin özünün verdiyi qeyri adi açıqlamalar olub. Mils bildirib ki, bu günə kimi ABŞ məqsədyönlü şəkildə Ermənistanda müəyyən siyasi dairələrin maliyyələşdirilməsini həyata keçirib. Nə hikmətdir ki, Paşinyanın ağzını qapatmasını istədiyi ABŞ səfiri bütün bu məsələləri çəkinmədən və açıqca ictimaiyyətə çatdırmağa davam edir. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın sözlərinə görə, Aprel döyüşləri zamanı İrəvanda baş qaldıran inqilabın başlca dəstkçisi də, məhz ABŞ olub. Lakin bu tendensiya rəsmi şəkildə heç bir yerdə öz əksini tapmır.

Rusiya isə rəsmi şəkildə Yuriy Xaçaturov və Robert Köçəryanın həbsi ilə bağlı açıqlama verdi. Rusiya XİN başçısı Sergey Lavrov isə dəfələrcə Ermənistan XİN-inin qeyri professionallığından söz açıb. Məhz həmin ifadədən sonra Paşinyan Xaçaturovun həbsi ilə bağlı sərəncam da, vermişdi. Müəyyən vaxt kəsiyindən sonra Amerika dairələrinə yaxın adam hesab edilən Xaçaturov gözlənilmədən istefaya gedir. Bir sıra analitiklər isə bu tendensiyanı Rusiyanın tələbi ilə icra olunması kimi qələmə verdi.

Bütün gizlin kartların üzəri açıldığına görə, rəsmi Moskva indi geri addım ataraq, Ermənistanla bağlı kəskin dönüş mövqeyini seçməyə köklənmiş siyasi kursa yönəlir.

Əslində rəsmi Moskva hazırda Ermənistanda kütləvi həbslərdən dolayı narahat olduğunu bəyan edir. Rusiya XİN rəsmisi bildirir ki, Moksva bundan sonra Ermənistanı itirməyi nəzərə alaraq hərəkət edəcək. Və heç bir halda Ermənistan üçün qurban vermək niyyətində deyil.

Belə olan halda isə Ermənistan prezidenti Armen Sarkisyan Paşinyana cəbhə xəttində diqqəti artırmağı tövsiyyət edib.