İndoneziya Respublikasının Parlament heyyəti “Pirallahı” Günəş Elektrik Stansiyasına səfər edib

27 Sentyabr, 06:58

Sentyabrın 22-də İndoneziya Respublikasının Parlament heyyəti başda spiker müavini cənab Aqus Hermanto ilə “Pirallahı” Günəş Elektrik Stansiyasına səfər edib.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini cənab Cəmil Məlikov qonaqları “Pirallahı” Günəş Elektrik Stansiyasının fəaliyyəti ilə tanış etməklə yanaşı, parlament heyyətini “Samux Aqoenerji Kompleksi”, “Qobustan Hibrit Eelektrik” Stansiyası və “Pirallahı Dəniz Külək Parkı” layihələrinin lokal enerji təminatı haqqında məlumatlandırıb.

Bu tipli layihələrin çox sayda adaları olan İndoneziyada lokal enerji təminatının tətbiqindən söz açan cənab Aqus Hermanto, DA-nın nümayəndə heyyətini İndoneziyaya işgüzar görüşə dəvət edib.




VOICEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here