Azərbaycan millət vəkili illər əvvəl Yalova zəlzələsini andı…

16 Avqust, 15:13

Xanhüseyn Kazımlı: “ Yalova və Biləsuvar qardaş şəhər olmalıdır”

“17 avqust 1999 cu il Yalova zəlzəlsinin üzərindən xeyli zaman keçib, amma zəlzələdə həyatını itirən hər türk soydaşımızın xatirəsini dərin hüznlə anırıq”. Bunu VOİCEPRESS-ə açıqlamasında UNEC professoru, Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı deyib. Onun sözlərinə görə, 1999 cu ildə Türkiyənin Yalova şəhərində baş verən zəlzələdən düz 19 il ötür: “Qardaş Türkiyədə tez-tez zəlzələ olur, amma mən deyərdim, Yalovada 7.4 bal gücündə baş verən zəlzələdə 23 min 781 yaralı, 505 əlil olmaqla, 17 min 480 nəfər insan həyatını itirdi. Üzərindən 19 il keçməsinə baxmayaraq, itirdiyimiz soydaşlarımızdan dolayı qəlbimiz bu gün də yanır. Biz bir millət, iki dövlətik! Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir! Zəlzələdə həyatını itirənlərin ailələrinə baş sağlığı verirəm. Başın sağ olsun Türkiyə!”.


“Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir!”

Azərbaycanlı millət vəkili eyni zamanda seçildiyi Biləsuvar şəhəri ilə Türkiyənin Yalova şəhərinin qardaş şəhər elan olunması ilə bağlı irəli sürdüyü təşəbbüs haqqında da danışıb: “Artıq ikinci ildir Azərbaycan Sosial Rifah Partiyası olaraq, Yalovada keçirilən Türk Dünyası Jurnalistlər Konfransında iştirak edirik. Partiya olaraq, Azərbaycan həqiqətlərini dünya ictiamiyyətinə çatdırmaq adına gördüyümüz işlərdən biri də, dünya mətbuatına inteqrasiya olunmaq, dünya mətbuatı ilə sıx əməkdaşlığın təmin olunmasıdır. Digər tərəfdən ikitərəfli əməkdaşlıqların iki qardaş ölkə üçün yalnız xeyirli ola biləcəyini nəzərər alaraq, Türkiyənin Yalova şəhərini Azərbaycanımızın millət vəkili seçildiyim Biləsuvar şəhəri ilə qardaş şəhər elan olunması təşəbbüsünü irəli sürmüşük. Türkiyə tərəfi ilə bu məsələ müzakirə edilib və onlar tərəfindən yüksək qiymətləndirilib. Yaxın günlərdə Azərbaycan Sosial Rifah Partiyasının nümayəndə heyyətinin Yalovaya növbəti səfəri çərçivəsində irəli sürülən təşəbbüs artıq həyata keçirilmək üzərə rəsmiləşdirmək niyyətindəyik”.

Ü.Musazade
VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here