“Quska” ləqəbli keçmiş deputat Hüseyn Abdullayev Türkiyədə həbs edilərək Bakıya gətirildiyi barədə xəbər yayılıb.
VOİCEPRESS-in verdiyi xəbərə görə, musavat.com özəl mənbələrdən məlumatı dəqiqləşdirməyə çalışıb. Bildirilib ki, əməliyyatı Azərbaycan DİN həyata keçirib.
Sayt “Quska”nın saxlanma yeri və şəraiti, istintaq hərəkətləri barədə məlumat ala bilməyib.
Məlumata görə, Hüseyn Abdullayev istirahət və biznes məqsədləri üçün tez-tez Türkiyədə olur. O, bu ölkədə Azərbaycandakı adamları, o cümlədən də ailə üzvləri ilə görüşür, bütün yay tətillərini Ağ dəniz sahillərində keçirir.
VOİCEPRESS.AZ







