Baş tutan festival tanınmış Türkiyə iş adamı, “Okuklu Holdinq”in rəhbəri Yılmaz Okuklunun təşəbbüsü ilə keçirilib. Festivalda Azərbaycanın və Türkiyənin görkəmli dövlət rəsmilərinin, səfirlik nümayəndələrinin, millət vəkillərinin, media nümayəndələrinin və ictimaiyyətin tanınmış simalarının iştirakı etdiyi tədbirə eyni zamanda azərbaycanlı millət vəkilləri də, qatılıb.
Belə ki, qardaş Türkiyədən festivala gələn qonaqlar arasında Uşak millət vəkili Mehmet Altay, Kilis millət vəkili Reşit Polat, “ALT Yapım” rəhbəri Sacit Altun və başqaları iştirak edib.
Festival Ziya Bünyadov prospektində yerləşən “Hanlı Pazar” Ticarət Mərkəzində keçirilib.
Qeyd edək ki, festivalda vətənpərvərlik ruhunda mahnılar, rəqslər, Türkiyənin qədim adət-ənənələrini əks etdirən mədəniyyət nümunələri nümayiş olunub. Tədbir hər iki dövlətin dövlət himninin səsləndirilıməsi ilə başlayıb.
Yılmaz Okuklu VOİCEPRESS-ə Afrin zəfəri ilə bağlı açıqlama verib: “Şanlı Türk ordusunun qazandığı bu qələbə hər bir türk övladının qələbəsidir. “Türkiyə Prezidenti, hörmətli dövlət başçımız Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyəmizin terror mübarizəsində zəfər qazanması Türkiyə dövlətinin təhlükəsizliyinə xidmət edir. Bildiyiniz kimi, Türkiyə ordusu Suriyanın Afrin bölgəsində terrorçulara layiqli cavabı vermiş və Afrin zəfərinə imza atmışdır. Bir iş adamı olaraq bu tarixi zəfəri qeyd etməyi özümə borc bildim. Biz hər zaman əsgərimizin yanında olmalı, onlara maddi və mənəvi dəstək göstərməliyik. “Bir millət, iki dövlət” şüarına sadiq olaraq acımızı bölüşdüyümüz kimi, sevincimizi, qələbəmizi də bərabər bölüşməliyik. Bu gün qeyd etdiyimiz Afrin zəfərinin ardından Qarabağ zəfərini də qeyd etməyi arzu edirəm. Bütün vətənpərvər insanları belə tədbirlərdə fəal iştirak etməyə çağırıram. “Okuklu Holdinq” bundan sonra da vətənpərvərlik ruhunda olan bir çox tədbirlərə imza atacaq”
Qeyd edək ki, tədbir çərçivəsində Türkiyəli iş adamı, ürəyi hər zaman Azərbaycan-Türk birliyi üçün döyünən Yılmaz Okulu Azərbaycanın “Ninjitsu Global Mixed Martial Philosophy Academy” təşkiltının prezidenti, tanınmış idmançı Əhməd Ağakişiyev tərəfindən diplomla təltif edildi.![]()
Daha sonra Əhməd Ağakişiyev və Yılmaz Okuklu tədbirdə iştirak edən dəyərli millət vəkili Qənirə Paşayeva ilə xatirə şəkili çəkdirdi.![]()
İlahə Bakıxanova
VOİCEPRESS.AZ








