Erkən yaşlarından uşaqları elmə, kitaba, rəsmə, rəqsə alışdırmaq, onların asudə zamanlarının səmərəli keçirilməsi birmənalı olaraq belə məyusedici halların qarşısını ala bilər. Bəzi bölgələrimizdə əfsuslar olsun ki, qız uşaqlarını 15-18 yaşlarında ailə qurmaq məcburiyyətində qalırlar. Həmən bölgələrdə insanların maarifləndirilməsi işləri aparılmalıdır.
Siz təsəvvür edin ki, bu qızların yaşadıqları onlarda necə ciddi psixoloji sarsıntılara səbəb olur. Eyni zamanda hətta bir daha ana olmamaq qorxusu onları hər zaman təqib edir. Özləri hələ uşaqikən bu qədər ağır yüklə üzləşmiş olur, eyni zamanda cəmiyyətin qınağına səbəb olurlar.
Bu gün bu statistik məlumatlar bizlər üçün bir həyəcan təbilidir. Buna görə də, məktəblərdə psixoloqlar problemli ailələrlə yaxından tanış olmalı, onları maarifləndirməlidir. Bu yöndə maarifləndirmə proqramının ilk olaraq, televiziya və radio vasitəsi ilə daha geniş formatda aparılmasına start verilməlidir, deyə düşünrəm”.
Haji Guliyev: “Azerbaycan’da 1200 kızın kürtaj olunması gerçekten hayal kırıklığı yaratıyor …”
Гаджи Кулиев: «В Азербайджане аборт у 1200 школьниц, действительная волнующая статистика»
Haji Kuliyev: “Abortion in 1200 schoolgirls, a real agitating statistics in Azerbaijan”
İlahə Bakıxanova
VOİCEPRESS.AZ







