Birinci sinifə qəbulun elektron formada aparılması deyilsə də, valideynlərin iddialarına görə qeydiyyat sistemi çalışmır. Təhsil İdarəsinə yaranmış vəziyyətə etiraz edən valideynlər tezliklə problemin həllini tələb etdilər.
Valideynlər onlayn qeydiyyat sistemi ilə bağlı yaranan çətinliyin günahını üz tutduqları aidiyyatı qurumda gördülər. Onların sözlərinə görə, məktəb direktoru “qeydiyyat bizlik deyil” deyib valideynləri Təhsil İdarəsinə göndərir, Təhsil İdarəsi isə belə narahatlığın mövcud olmasını inkar etməklə məşquldur.
Valideynlərin sözlərinə görə, birinci siniflərin onlayn qeydiyyatı ilə bağlı Təhsil Nazirliyi tərəfindən valideynlərin bilgiləndirilməsi və maarifləndirilməsi aparılmalı idi. Əgər sistem çox saylı insanların qeydiyyatdan keçmə istəklərindən dolayı yüklənmə sayəsində qapanıbsa, bu da birbaşa olaraq Təhsil İdarəsinin məsuliyyətizliyi ucbatındandır. Belə ki, Təhsil Nazirliyi öncədən sistemin yüklənə biləcəyini ehtimal edib, qeydiyyatı məktəblər üzrə və ya rayonlar üzrə aparmalı idi.
Ümumiyyətlə bir çox valideynlərin, xüsusən də bölgələrdə yaşayan insanların onlayn sistemdən qeydiyyatdan keçmələri müşkül məsələyə çevrilib. Valideynlər hesab edir ki, bu durum öncədən nəzərə alınmalı, məktəbəqədər hazırlıq üzrə müəllimlər tərəfindən bir neçə dərs valideynlərin bu yöndə maarifləndirilməsinə ayrılmalı idi.
Bütün bu tədbirlərin görülməməsi bu gün onlayn qeydiyyat sistemində qarmaqarışıqlığa səbəb olmaqla yanaşı, valideynlərin də, etirazına gətirib çıxarıb.
Gülçin Çinar
VOİCEPRESS.AZ








