VOİCEPRESS-in Ermənistanın lragir.am saytına istinadən verdiyi xəbərə görə, ötən gün Niderland Parlamentinin alt palatası “Qondarma Erməni Soyqrımını” tanıyıb.
Məlumata görə Niderland Parlamentinin alt palatası iki qətnamə qəbul edib. Qətnamələrdən biri Ermənistanın soyqrımını tanıyır, digər qətnamədə Noderland dövlətinin nümayəndələrinin aprel ayında Ermənistanda Qondarma Soyqrımla bağlı abidəni ziyarət etməsi ilə vurğulanıb.
Qətnaməni Niderlandın “Xristian Birliyi Partiyası” irəli sürüb. Amma digər koalisiya partiyaları irəli sürülən qətnaməni təsdiq edib.
Ü.Musazadə
VOİCEPRESS.AZ







