Fevralın 28-də Bakıda Cənubi Afrika Respublikasının ticarət və investisiya imkanlarına dair təqdimat keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan VOİCEPRESS.AZ-a verilən məlumata görə, təqdimat mərasimində Cənubi Afrikanın Türkiyədəki səfiri Pule İsaak Malefane və iş adamlarının iştirakı nəzərdə tutulur.
Azərbaycanlı iş adamları təqdimatda iştirak etməyə dəvət edilirlər.
VOİCEPRESS.AZ







