Dekabrın 31-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27,921.0 milyon manat, cəmi öhdəlikləri isə 24,211.8 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından VOİCEPRESS.AZ-a verilən xəbərə görə, sektorun balans kapitalı 3,709.2 milyon manat, əhalinin əmanətləri isə 7,542.5 milyon manat olub. Dekabr ayında əhalinin əmanətləri 2.7 faiz və ya 195.9 milyon manat artıb.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 509, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,431 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,171 nəfərdir. Dekabr ayında sektorda filial və ATM sayının azalması əsasən “Dəmir Bank” ASC-nin lisenziyasının geri çağırılması ilə bağlı olub. “Dəmir Bank” ASC nəzərə alınmadan dekabr ayında sektorda işçi sayı 63 nəfər artıb.
Dekabrın 31-nə əsas göstəricilər bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.
VOİCEPRESS.AZ







