Layihənin ideya müəllifi olan Rəssamlar Birliyinin üzvü, tanınmış rəssam, Günay Mehdizadə “İki dövlət, Bir millət” devizi altında dövlətlər arasındakı qardaşlıqlı əlaqələrin möhkəmlənməsi və bu əlaqələrin tarixə yazılmaqla bərabər gənclərə də aşılanmasının gərəkdiyini ortaya qoymuşdur.
Layihə əsnasında AMK tərkibindəki İncəsənət Gimnaziyası ilə Bursa Zəki Mürən Gözəl Sənətlər Litseyi arasında tələbə mübadiləsinin həyata keçirilməsi ilə bərabər, hər iki təhsil müəssisəsində təhsil alan uşaqların mütəmadi olaraq təhsil, mədəniyyət, adət-ənənələri, milliliklərini belə ortaq öyrənmək şansı qazanacaqlar.
VOİCEPRESS-in əldə etdiyi məlumata görə, layihə çərçivəsində ilkin olaraq, Bursa Zəki Mürən Gözəl Sənətlər Litseyinin bir sıra nümayəndəsinin 13- 16 fevral tarixlərində Bakıya səfərləri gözlənilir. İki dövlətin iki təhsil müəssisəsi arasında “Qardaş Okul” layihəsinin Bakıda baş tutacaq qala gecəsinə Türkiyənin Bursa Zəki Mürən Gözəl Sənətlər Litseyinin direktor və müəllim heyyəti başda olmaqla, incəsənət sahəsində olduqca bacarıqlı və istedadlı uşaqların da gələcəyi gözlənilir.
Layihə AMK, İncəsənət Gimnaziyasının rəhbərliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil müşavirliyinin dəstəyi ilə realizə olunacağı bildirilir.
Qeyd edək ki, “Qardaş Okul” Günay Mehdizadənin Türkiyə və Azərbaycan arasında yaratmağa müvəffəq olduğu “mədəni körpü”nün həyata keçirdiyi sil-silə layihələrdən yalnız biriridr.
Ü. Musazadə
VOİCEPRESS.AZ








