Türkiyə qırıcılarının UNO görməsi uzun illər məxfi saxlanılıb

8 Yanvar, 08:20

Türkiyə qırıcıları Suriya sərhədində uçan naməlum obyekt (UNO) qeydə alıb.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə istefada olan general-leytenant Doğan Temel bildirib.

O bildirib ki, Suriya sərhədində havada radarların qeydə alındığı işıldayan obyektlərin görünməsi ilə əvvəlcə Türkiyə qırıcıları, daha sonra dəstək üçün helikopterlər səmaya qaldırılıb.

D.Temel qeyd edib ki, hadisə 1999-cu ildə qeydə alınsa da, bu, uzun illər məxfi saxlanılıb.

O, sözlərini təsdiq edəcək foto və video materialların olduğunu vurğulayıb.

Qeyd edək ki, D.Temelin iddiası rəsmi olaraq hələ təsdiqini tapmayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here