Şəhriyar Məmmədyarov turu heç-heçə ilə başa vurub

17 Yanvar, 09:19

Şəhriyar Məmmədyarov şahmat üzrə “Tata Steel Chess” superturnirinin dördüncü turunu heç-heçə ilə başa vurub.

VOİCEPRESS.AZ bildirir ki, turnir Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilir.

33 yaşlı şahmatçının bu dəfə rəqibi rusiyalı Sergey Karyakin olub.

Məmmədyarov 4 turdan sonra 2,5 xalla Vladimir Kramnik (Rusiya) və Maqnus Karlsen (Norveç) ilə üçüncü yeri bölüşür.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here