Rusiyadan Türkiyəyə böyük jest – FOTO

26 Yanvar, 12:00

Rusiya, İran və Türkiyənin Soçidə keçiriləcək zirvə görüşünün loqosunda dəyişiklik edilib.

VOİCEPRESS.AZ xəbər verir ki, Soçi Zirvəsinin loqosuna zeytun budağı təsviri də əlavə olunub. Bu isə Türkiyənin Afrində həyata keçirdiyi əməliyyatın adı ilə bağlıdır. Yenilənmiş loqoda Suriya bayrağı, sülh göyərçini və zeytun budağı təsvir olunub.

Qeyd edək ki, bu zamana qədər Rusiyanın ölkələrə göndərdiyi dəvətnamələrdəki loqoda zeytun budağının əvəzinə birləşmiş əllər təsvir olunurdu.

Rusiyanın sözügedən jesti sosial şəbəkə istifadəçilərinin də diqqətindən yayınmayıb.

Həmin loqonu təqdim edirik:

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here