Qəlbin qidalandığı sevginin üfüqləri əritməyə yetəcək alovlu ruha sahibliyi əks olunur misralarda…
Hər sözün dəyərini kəhkəşanı fəth edəcən anlamda oxucuya təqdim edəcək gənc şairə Rübabə Sahibin qələmi ilə füsünkar bir ədəbi aləmə səfər etməyə dəyər!
Əsr xəyanəti bir dəb salıbdır
Ürək sözlə dolsa aşna gərəkdir,
Hər dərdə, kədərə səbr köməkdir,
Qayğısız yaşamaq ölmək deməkdir,
Dövran hər könülə, od, köz olubdur.
İnsan çox danışmaz rahatlamaqçün.
Qədir-qiymət bilsən dürrdür hər sözün.
Dövran der: “qaxıncdır ağı da gözün”
Qayğı,sevgi dildə boş söz olubdur.
Hörmətsiz yaşayıb, ölməyə nə var!
Şirin dil insanı yonar, cilalar.
Pis xislətə həyat daim dar olar.
Hörmətin çox seyrək adı qalıbdır.
Utanmaq duyğusu qalıbsa qanda,
Üz üzdən utanar eybi olanda.
Saf sevgi, məhəbbət kaş ola canda,
Buna dözmək olar, dadı qalıbdır.
Qadının varıydı namusu,arı,
Kişinin gücüydü gülərüz yarı,
Sahib, pul kök atıb dünyaya sarı.
Əsr xəyanəti bir dəb salıbdır.
VOİCEPRESS.AZ






