VOİCEPRESS.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Sözüm Avropa Parlamentində əməliyyatları istila olaraq göstərmək istəyənlərədir. Gedin öncə Liviyada, Ruandada, Malidə istilanı axtarın. Heç bir zaman türk milləti işğalçı kimi hərəkət etməyib. Azəri vəkil Seyidov (Səməd Seyidov nəzərdə tutulur – red.) qardaşıma təşəkkür edirəm”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Səməd Seyidov AŞPA-dakı çıxışı zamanı Türkiyənin Afrindəki antiterror əməliyyatları haqda bunları demişdi:
“Bu nə işğal, nə də müdaxilədir. Bu, terrora qarşı hərbi əməliyyatlardır. İki istiqamətdə müdafiədir. Beynəlxalq səviyyədə tanınan İŞİD və PKK kimi terror təşkilatlarına qarşı mübarizədir. Hər iki terror təşkilatı bəşəriyyət, Avropa və insanlar üçün təhlükəlidir. Türkiyə bu xərçəngə yoluxmuş əraziləri təmizləmək, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş şərait yaratmaq üçün bu əməliyyatlara başlayıb”.
VOİCEPRESS.AZ







