Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
Diplomatik mənbələrdən VOİCEPRESS-ə verilən xəbərə görə, səfər fevralın 9-na nəzərdə tutulur. Səfərin məqsədi Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclasında iştirak etməkdir. E.Məmmədyarovun Avropa İttifaqında bir sıra görüşləri də planlaşdırılır. Görüşlərdə Azərbaycanla Aİ arasında strateji tərəfdaşlığı nəzərdə tutan saziş üzrə müzakirələr aparılacaq.
VOİCEPRESS.AZ







